azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Suave
Ehemaliges Mitglied


New PostErstellt: 30.06.07, 09:16     Betreff: Re: Neuer Krieg um unseren Garabagh!!!

Qalmaqalli metbuat konfransi


Dünen Polad Bülbüloğlu səfərin məqsədi barədə
açıqlamaya verməyə başladı. Bu vaxt mətbuat konransında iştirak edən
gənclərdən biri «Siz dünən satqınlıq etmisiniz, şərəfsizcəsinə
ermənilərlə görüşüb onların əllərini öpmüsünüz», - deyə ziyalıların
səfərini pislədi. Gəncin hərəkətlərinə digər ziyalılar və Polad
Bülbüloğlu təmkin nümayiş etdirsələr də, Bakı-Slavyan Universitetinin
rektoru Kamal Abdulla əsəbilərini cilovlaya bilmədi. Hətta o, gəncin
üzərinə yerisə də, tədbir iştirakçıları onun qarşısını aldılar. Sonra
həmin gənc tədbirdən çıxarıldı.

«Dava ilə başlayıb, sülhlə qurtarmaq bizdə adətdir»,- deyə Kamal Abdulla tədbir iştirakçılarından davaya görə üzr istədi.

Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağının tədbirdə çıxış etmək cəhdi də
gərginlik yaratdı. Bundan sonra məsələyə polis müdaxilə etdi. Nağı
Səbail Rayon 39-cu Polis Bölməsinə Bölməsinə aparılsa da, sonradan
buraxıldı.

Daha sonra Polad Bülbüloğlu dedi
ki, əslində, bu səfərin məqsədi "xalq diplomatiyasini" həyata
keçirməkdir. Onun sözlərinə görə, səfərdə məqsəd əgər nə vaxtsa sülh
müqaviləsi bağlanarsa, tərəfləri barışığa hazırlamaqdır. Bülbüloğlu
deyir ki, bu təşəbbüs erməni həmkarından gəlib və həm Azərbaycan, həm
də Ermənistan prezidentləri buna razılıq veriblər.

Fərhad
Bədəlbəyli isə bildirdi ki, əslində, indi Azərbaycan müharibə etmək
istəsə, buna nə beynəlxalq güclər, nə də təşkilatlar icazə
verməyəcəklər. Yeganə çıxış yolu isə sülh danışıqlarıdır. Sülh
danışıqlarının da baş tutması üçün bütün imkanlardan istifadə ediləcək.

Polad Bülbüloğlu isə jurnalistlərin
suallarına cavab olaraq bildirdi ki, bu səfərlər gələcəkdə də davam edə
bilər. Ola bilər ki, birgə proyektlər həyata keçirilsin. Bu
prokeyktlərdən biri də Şuşa məscidinin birgə təmiri ola bilər.

 


 







[editiert: 30.06.07, 09:20 von Suave]
nach oben
Private Nachricht an dieses Mitglied senden
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 1.853 von 2.080
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber