|
|
azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
|
|
|
Autor |
Beitrag |
Azeri
ВорЗакон
Beiträge: 632
Ich komme aus: Баку
Verhältnis zu Aserbaidschan: Geht so, aber nur in kleinen Mengen...
|
Erstellt: 24.01.08, 12:28 Betreff: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
Thema drucken weiterempfehlen
|
|
|
CADU – insanın bədəninə, psixikasına, həyatına qara magiya vasitəsilə yönəldilən dağıdıcı təsirdir. Nəticədə hədəf seçilmiş insanda həyat enerjisinin qismən və ya tam parçalanması baş verir. Cadu cadugər tərəfindən xüsusi ayinlərlə həyata keçirilir. Cadunun 2 istiqaməti var: cadu olunan adama və geri, cadu edən insana. Ona görə cadugərlər özlərini qorumaq üçün əks təsiri sifarişçinin özünə yönəldir.
Cadunun konkret tapşırığı var. Təyinatına görə cadunun növləri bunlardır:
- sonsuzluğa;
- uğursuzluğa;
- ölümə;
- səs tellərinə;
- ailənin dağılmasına;
- ər, arvad xəyanətinə;
- xəstəliyə;
- kasıblığa, pulsuzluğa;
- tənhalığa;
- qorxu və depressiyaya;
- evə.
Hərdən insana elə gəlir ki, ona cadu olunub, Bir də görürsən, insanın həyatı alt-üstdür, xəstədir, işləri alınmır. Amma cadu olunmayıb. Ümumiyyətlə, insanın orqanizmində, həyatında baş verən dəyişikliklərin müxtəlif səbəbləri var: ötən nömrədə qeyd olunduğu kimi, evin geopatogen zonada yerləşməsi, gözə, bədnəzərə gəlmək, enerjinin tükənməsi və sadəcə, ağır xəstəliyin nəticəsi. Cadunu zərərsizləşdirmək baxıcı və ya ekstrasensin qüvvəsi daxilində deyil. Bu işlə xüsusi insanlar məşğul olur. Çünki baxıcı və cadunu çıxarmaqla məşğul olan insanın imkanları tamam fərqlidir. Cadunun təsirini zərərsizləşdirməklə məşğul olan insanın qüvvəsi, enerjisi böyük olmalıdır. Ona görə də rastınıza çıxan hər baxıcının sözü ilə cadu olunmağa inanmaq və tez-tələsik onu aradan qaldırmaq üçün kimlərəsə müraciət etmək düzgün deyil. Hər bir şeyə elmi, nəzəri və ağılla yanaşmaq lazımdır.
Cadu olunmasına şübhə doğuran əlamətlər:
- psixi və emosional pozğunluq;
- qadın xəstəlikləri, sonsuzluq
- ailənin ciddi səbəb olmadan dağılması, planlaşdırılmış toyun baş tutmaması;
- pul çatışmamazlığı, daimi kasıblıq;
- yolda tez-tez qəzaya uğramaq;
- özünü qəsdə, intihara cəhd etmək;
- cavan qadınlarda aylıq siklin kəsilməsi;
- güzgüyə baxarkən özünüzü çirkin görüb, baxışlarınızdan qorxmaq;
- göz bəbəyində “qırmızı göz”ün görünməsi;
- orqanizmin susuzlaşması, quruması;
- evdə qəflətən qarışqa, tarakan, siçan, siçovulun çoxalması;
- evdə əşyaların, xüsusən şüşə qabların qəflətən yerə çırpılması;
- uşaq yatarkən dişlərini qıcıması, rahat yata bilməməsi;
- qısa müddət ərzində həddən artıq arıqlama;
- mütəmadi olaraq dəhşətli yuxular görmək və yuxuda qışqırıb, hövlnak ayılmaq;
- cavan oğlan və ya qızın sevdiyi, görüşdüyü ola – ola ailə qura bilməməsi;
- ev və küçə qapısında müxtəlif əşyalar tapmaq – torpaq, qan, şəkər, duz, lələk, iynə, çiy yumurta;
- qadının üzündə böyük piqment ləkələrinin yaranması;
- həkim müayinəsi nəticəsində səbəbi məlum olmayan xəstəliklərin baş qaldırması;
- insanın halsızlaşması, dilinin üzərinin çatlaması;
- normal həyat sürən oğlan və ya qızın birdən-birə içkiyə, siqaretə, narkotikaya qurşanması və s.
Cadu nəinki bir adama, hətta bütöv ailəyə, kollektivə, müəssisəyə, şirkətə oluna bilər. Cadu yemək, içmək, geyim, saç, şəkil vasitəsilə edilə bilər. Caduda element kimi dırnaq, müxtəlif yağlar, düyü, qara və qırmızı saplar, şəkil, ayaq izindən torpaq, sancaq, duz istifadə oluna bilər. Bu cadunun hansı məqsədlə olunmasından asılıdır. Cadunu insan özü bilməyərəkdən də edə bilər. Məsələn: məzarlıqda saç daramaqla, şəklini qəbiristanlığa atmaqla və ya paltarından bir hissə məzarlıqda qalarsa, bu artıq həmin insana mənfi təsirini göstərəcək.
Cadudan qorunmaq üçün ən sadə üsullardan bəzilərini qeyd etmək olar:
- İlk növbədə insan ətrafdakılara öz planları, gəliri və nədən razı qaldığı barədə informasiya ötürməməlidir, bu bir çox insanlarda paxıllıq yarada bilər;
- Yad adamın evində paltarlarınızı saxlayanda, saçlarınızı darayanda diqqətli olun.
- Dini üsullara müraciət etmək də çox yaxşı nəticə verir. Məsələn; «Nəsr», «Fatihə», «İxlas», «Fələq», «Qədr» «Ayətəl Kürsi» surələrini hər gün səhər və axşam oxumaqla insan cadu, bədnəzər, sehr və tilsim kimi təsirlərdən özünü müdafiə edə bilər.
- Adi yanar şamı bədənin ön və kürək hissəsindən yuxarıdan aşağıya doğru hərəkət etdirməklə;
- Üzərinizə 3 dəfə soyuq su tökmək də effektlidir.
- Amma ən effektli üsul savadlı mütəxəssis tərəfindən cadunun zərərsizləşdirilməsidir.
|
|
nach oben |
|
|
Ela
Moderator
Beiträge: 607 Ort: Würzburg
Ich komme aus: Aserbaidschan
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land
Geschlecht: weiblich
|
Erstellt: 24.01.08, 16:16 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
ich glaube an die Schwarze Magie nicht.
____________________ You are a coward, you are a slave, you are ARMENIAN! (by great Russian poet A.S.Pushkin)
|
|
nach oben |
|
|
Azeri
ВорЗакон
Beiträge: 632
Ich komme aus: Баку
Verhältnis zu Aserbaidschan: Geht so, aber nur in kleinen Mengen...
|
Erstellt: 24.01.08, 20:39 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
Zitat: Ela
ich glaube an die Schwarze Magie nicht. |
Sen bilseydin bu Cadu negede ayleler yixip, negeder adamin bashni yiyib hehehe
|
|
nach oben |
|
|
lee 1
Hyperaktiver Benutzer
Beiträge: 171
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land
|
Erstellt: 28.04.08, 18:41 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
zzzzzzzzZzzzzzzzzzzZZZZZZZZZZZzzzzzzzzzzZZZZZZZZZZZZZZZzzzzzzzz
____________________ Gib einem Mann einen Fisch, und Du ernährst ihn für einen Tag. Lehre ihn das Fischen, und Du ernährst ihn für sein ganzes Leben.
|
|
nach oben |
|
|
hamburglu_neo
Moderator
Beiträge: 1032 Ort: Hamburg
Ich komme aus: Baku, Aserbaidschan
Verhältnis zu Aserbaidschan: Nett, aber etwas langweilig
|
Erstellt: 29.04.08, 00:34 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
Zitat: Ela
ich glaube an die Schwarze Magie nicht. |
ich schon. Habe auch selbst gesehen. Goz deyemeyi da pis sheydir.
____________________ There is no knowledge, that is not power.
|
|
nach oben |
|
|
Suave
Ehemaliges Mitglied
|
Erstellt: 29.04.08, 11:02 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
Zitat: hamburglu_neo
Zitat: Ela
ich glaube an die Schwarze Magie nicht. |
ich schon. Habe auch selbst gesehen. Goz deyemeyi da pis sheydir. |
Men shexsen cadu sözünden cox qorxuram. Hemishe calishmisham ki, bele sheyler haqqinda hec götür-qoy etmeyim. Amma axir vaxtlar bu haqda ne ise düshünürem. Bezen insan bir suala cavab tapmayanda onda ümidsizlikden fövqeltebii varliqlara inam hissi yaranmagha bashlayir. Bunu bu gün Azerbaycanda dinin yeniden canlanmasinda da müshahide edirik. Mence cadunun düshmeni ona inanmamaqdir. Mence insan psixologiyasi özü özünü "cadu" etmeye qadirdir. Meselen eger men bir sheyi planlashdiriramsa ve onun alinacaghina inanmiramsa, onda bu dogrudan da alinmir. Ve yaxud son zamanlar tibb sahesinde aparilan elmi tedqiqatlara nezer salanda görürsen ki, insanlarin heyati bezen onlarin özlerinden asili olur. Meselen onlara yalandan derman adi ile her hansi vitamin verdikde onlar buna inandiqlari ücün onlarda agrilar dogrudan da sengimeye bashlayir. Mence cadu inamla vehdet teshkil edir. Göz deymeye geldikde ise mence de göz var, amma bu insanin yaxin adamlarinin nezerlerinin tilsimi deyil, sadece bir insana qarshi bed baxishlari olan kesin negativ enerjisinin hemin insan üzerine hopmasidir.
Allah hamini bednezerden qorusun!
|
|
nach oben |
|
|
Habicht
Hyperaktiver Benutzer
Beiträge: 141 Ort: ein Dorf bei Hamburg
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land
|
Erstellt: 30.04.08, 18:19 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
gelin ermenlere cadu edek... Wenn es funktionieren sollte warum nicht???
____________________ Azerbaycanin 20 faiz erazisi 14 ildir ki düshmanin taptagi altindadir...
|
|
nach oben |
|
|
Azeri
ВорЗакон
Beiträge: 632
Ich komme aus: Баку
Verhältnis zu Aserbaidschan: Geht so, aber nur in kleinen Mengen...
|
Erstellt: 01.05.08, 12:00 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
naja Leute ihr müsst wissen das Jadu manchmal wie Anabolika sein kann, wenn man es macht, kann es manchmal sein das man selber sich darin verfängt und zu grunde geht...
[editiert: 01.05.08, 12:01 von Azeri]
|
|
nach oben |
|
|
...
Hyperaktiver Benutzer
Beiträge: 198
Verhältnis zu Aserbaidschan: Geht so, aber nur in kleinen Mengen...
|
Erstellt: 01.05.08, 12:36 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
Ja insanin ele seylere inanmagi normaldir. Cünki bunlarin hammisi Pisixi tesirlerdir. Insan bir sey görende ve esidende ona pisixi tesir bagislayir. Düzgün olsada olmasada insan ister istemez ona inanir. Men Caduya yox Realitete inaniram!!!
|
|
nach oben |
|
|
Suave
Ehemaliges Mitglied
|
Erstellt: 01.05.08, 23:00 Betreff: Re: Cadu - Zaubern auf Aserbaidschanisch :D
drucken
weiterempfehlen
|
|
|
Zitat: Habicht
gelin ermenlere cadu edek... Wenn es funktionieren sollte warum nicht??? |
Amma gerek ermenileri buna inandirasan, yoxsa tesiri olmaz. Bir de bir riski var, deyirler cadunu sehv etdikde, cadu onu edenin üstüne qayidar. Belke ele edibler, qayidib gelib amma üstümüze ki, bu güne düshmüshük
[editiert: 01.05.08, 23:01 von Suave]
|
|
nach oben |
|
|
|
powered by carookee.com - eigenes profi-forum kostenlos
Layout © Karl Tauber
|