AzərTAc xəbər verir ki, Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın Mərakeşdəki səfirliyində ictimaiyyət nümayəndələrinin, sovet dövründə Azərbaycanda təhsil almış Mərakeş vətəndaşlarının və diplomatik korpus üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Tədbir zamanı Xocalı faciəsini əks etdirən fotostend və film nümayiş etdirilmişdir. Bundan əlavə, səfirliyin Xocalı soyqırımı ilə bağlı hazırladığı məlumat Mərakeş Krallığının Xarici İşlər Nazirliyinə, parlamentinə və digər dövlət strukturlarına, eləcə də Mərakeşdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə və kütləvi informasiya vasitələrinə göndərilmişdir.