azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə mür

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Ela
Moderator

Beiträge: 607
Ort: Würzburg

Ich komme aus: Aserbaidschan
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land
Geschlecht: weiblich


New PostErstellt: 03.01.08, 18:41  Betreff: Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə mür  drucken  Thema drucken  weiterempfehlen

31.12.2007
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə müraciət qəbul etmişdir
Azərbaycanın Hollandiyadakı Səfirliyindən bildirmişlər ki, səfirlik dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Haaqada tədbir keçirmişdir.
Tədbirdə dünya azərbaycanlılarının həmrəyliyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri diqqətə çatdırılmış, soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsində, ölkəmizin uğurlarının xaricdə təbliğində soydaşlarımızın rolunun artırılması sahəsində Prezident İlham Əliyevin gördüyü işlər yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Hollandiyada yaşayan azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı müraciəti onlarda dərin iftixar hissi doğurmuşdur, Azərbaycan vətəndaşları növbəti prezident seçkilərində də ümummilli lider Heydər Əliyevin siyasi kursuna səs verəcəklər.
Toplantı iştirakçıları Azərbaycan Prezidentinə müraciət qəbul etmişlər. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınları Birliyinin, Benilüks Azərbaycanlılar Konqresi və Hollandiya–Azərbaycan–Türkiyə Mədəniyyət Dərnəyinin sədrləri Gülşən Kazımovanın, Sahil Qasımovun və İlhan Aşkinin imzaladıqları müraciətdə deyilir ki, biz, Niderland Krallığında yaşayan azərbaycanlıların diaspor təşkilatlarının nümayəndələri zati-alilərinizin dünya azərbaycanlılarına 26 dekabr tarixli müraciətinizdə qarşımıza qoyduğunuz vəzifələrin səmərəli icrası yollarını, Azərbaycan diaspor quruculuğunun çağdaş durumunu, müstəqil dövlətçiliyimizin, zəngin mədəniyyətimizin, qədim tariximizin, respublikamızın bugünkü reallıqlarının Vətənimizdən uzaqlarda təbliği istiqamətində diasporumuzun fəaliyyətini və perspektivlərini geniş müzakirə etmişik.
Bütün azərbaycanlılara səmimi məhəbbət duyğuları ilə dolu, hər birimizin qəlbində böyük sevinc, fərəh və eyni zamanda yüksək məsuliyyət hissləri yaradan müraciətinizə görə, Sizə dərin minnətdarlığımızı bildirərək, zati-alilərinizi əmin etmək istərdik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və yorulmaz fəaliyyətiniz nəticəsində gerçəkləşən dünya azərbaycanlılarının həmrəyliyinə yönəlmiş dövlət siyasətinə Niderland Krallığında məskunlaşmış minlərlə soydaşımızın vahid mövqedən birmənalı dəstək verilməsi məqsədilə təmsil etdiyimiz təşkilatlar bundan sonra da var gücləri ilə çalışacaqlar.
Müraciətdə daha sonra bildirilir ki, bu gün azərbaycançılıq ideologiyasının milli mənəvi dəyərlərə söykənən konseptual bütövlüyü, soydaşlarımızın həmrəyliyində və onların vahid amal ətrafında birləşməsində dönməz məfkurə olduğu bir daha təsdiqlənir.
Sizin, dərin köklərə əsaslanan məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanın Avropaya uğurla inteqrasiyası, ölkəmizdə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik, iqtisadi və sosial sahələrdəki yüksəliş doğma Vətəndən uzaqlarda yaşayan biz azərbaycanlıları qürurlandırır.
Biz, Niderland Krallığında yaşayan azərbaycanlılar, bu gün doğma Vətənimizdə həyata keçirilən siyasi kursun davamlı olmasını istəyir, bu sahədə Azərbaycana xidmət etməyə hazır olduğumuzu və Sizin fəaliyyətinizi daim dəstəklədiyimizi bəyan edirik.
Müraciət bu sözlərlə bitir: Möhtərəm cənab Prezident! Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etməkdən qürur duyur, doğma Azərbaycanımızın inkişafı, firavan gələcəyi, ərazi bütövlüyünün bərpası naminə apardığınız möhtəşəm fəaliyyətinizdə Sizə yeni parlaq nailiyyətlər və qələbələr arzulayırıq. Tam qətiyyətlə inanırıq ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşları Sizə, Azərbaycanın nurlu gələcəyinə səs verəcəklər. Azərbaycan xalqının Sizin qələbələrinizlə bağlı arzularının gerçəkləşməsinə Niderland Krallığında yaşayan həmvətənlərinizin də vahid mövqedən və səmimi dəstək verəcəyinə əmin ola bilərsiniz.



____________________
You are a coward, you are a slave, you are ARMENIAN!
(by great Russian poet A.S.Pushkin)
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden Website dieses Mitglieds aufrufen
Suave
Ehemaliges Mitglied



New PostErstellt: 03.01.08, 21:54  Betreff: Re: Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə  drucken  weiterempfehlen

    Zitat: Ela

    Müraciət bu sözlərlə bitir: Möhtərəm cənab Prezident! Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etməkdən qürur duyur, doğma Azərbaycanımızın inkişafı, firavan gələcəyi, ərazi bütövlüyünün bərpası naminə apardığınız möhtəşəm fəaliyyətinizdə Sizə yeni parlaq nailiyyətlər və qələbələr arzulayırıq. Tam qətiyyətlə inanırıq ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşları Sizə, Azərbaycanın nurlu gələcəyinə səs verəcəklər. Azərbaycan xalqının Sizin qələbələrinizlə bağlı arzularının gerçəkləşməsinə Niderland Krallığında yaşayan həmvətənlərinizin də vahid mövqedən və səmimi dəstək verəcəyinə əmin ola bilərsiniz.


Boah, schön klebrigAlle Schleimer!




nach oben
tauka
Hyperaktiver Benutzer

Beiträge: 108
Ort: Azerbaycan

Ich komme aus: Südaserbaidschan
Verhältnis zu Aserbaidschan: Aufsteigend positiv

New PostErstellt: 04.01.08, 13:30  Betreff: Re: Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə  drucken  weiterempfehlen

Gozel arzudu ama bunlara deyan lazimdir ki,bela chox razisinizsa ve beyenirsinizse ne dusubsuz avropanin chollerine gedin yasayinda Azerbaycanda... Adami da bu geder daha ele salmazlar da



men kimem ki:)))))
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden
Sortierung ndern:  
Anfang   zurück   weiter   Ende
Seite 1 von 1
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber