azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Gurban Alakbarov
Dauerschreiber

Beiträge: 237


New PostErstellt: 24.02.08, 14:26     Betreff: Re: Бабек, Что с ним будет и кто он ?

Əgər İranın Babəkdən sonrakı ictimai-siyasi inkişaf tarixinə baxsaq, onun başladığı hərəkatın heç də məğlub olmadığının şahidi olarıq. O ərəb xilafətinin və islamın altına elə bir mina qoydu ki, onun təsiri və əks sədası özünü bir neçə əsr sonra aydın göstərməyə başladı. Əslində Babək hətəkatı İran sivilizasiyasının ərəblərə və islam sivilizasiyasına özünün təbii formasında son müqaviməti idi. Bundan sonra hər şey daha məharətlə və ustalıqla elə islamın öz ideoloji bazasında təşkil olundu. Şiəlik İran sivilizasiyanın ərəblərə və islama islam pərdəsi altında verilmiş cavabı oldu. Babəkdən sonra 11-ci əsrdə demək olar ki, eyni ərazilərdə ismaililik geniş yayılır, daha sonra hürufilik, daha sonra da cəfəri məzhəbi və bu prosesin yekunu olaraq Səfəvilərin bayrağı altında 7-ci əsrdə süquta uğramış İran imperiyasının 16-cı əsrdə yenidən bərpası.

P.S. İran sivilizasiyası dedikdə İran mədniyyətinin yayılma arealı nəzərdə tutulur və hansı dil qruounda danışmağından asılı olmayaraq Azərbaycan da uzun müddət bura daxil olub. Necə ki, Osmanlı da əslində Bizans sivilzasiyasının əslində digər formada davamıdır. Var tarixç var ideoloji sərsəmləmə. Xahiş edirəm bunları bir-birinə qarışdırmayaq.





[editiert: 24.02.08, 14:27 von Gurban Alakbarov]
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden YIM-Nachricht an dieses Mitglied senden Website dieses Mitglieds aufrufen
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 297 von 1.152
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber