azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender
Der Kampf um die Unabhängigkeit in Süd-Azerbaijan

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Babek Azeroglu
Mitglied

Beiträge: 59
Ort: Berlin

Ich komme aus: Berlin
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land


New PostErstellt: 15.10.06, 15:33  Betreff: Der Kampf um die Unabhängigkeit in Süd-Azerbaijan  drucken  Thema drucken  weiterempfehlen

Der Kampf um die Unabhängigkeit in Süd-Azerbaijan



Men Azerioglanam! Azerbaijani cox seviram! Milletime Salam gönderirem!
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden
Babek Azeroglu
Mitglied

Beiträge: 59
Ort: Berlin

Ich komme aus: Berlin
Verhältnis zu Aserbaidschan: Ich liebe dieses Land


New PostErstellt: 15.10.06, 15:34  Betreff: Re: Der Kampf um die Unabhängigkeit in Süd-Azerbaijan  drucken  weiterempfehlen

Azərbaycanın qeyrətli millətinə müraciət:



Aldığımız məlumata görə İslam örtüyü altında gizlənmiş İran şövinist hakimiyyəti iki qadını Güney Azərbaycanda Təbriz və Urmu şəhərində daşqalaq etmək istəyir. Bu vəhşi və zidd bəşər cinayəti dünyanın hər yerində olsa məhkum edib xususilə də Güney Azərbaycan ərazisində mərkəzi hökumətin belə cinayətələri işləməsinin qarşısını kəsinliklə almalıyıq.



Ey Azərbaycanın insansevər və ədalətsevər milləti, ey Azərbaycanın qəhrəman qadınları, ey Azərbaycanın igid oğul və qızları, ey Tomruz nəvələri və ey Ulu Babəkin övladları;

İnsan övladının belə vəhşicəsinə öldürülməsinə icazə verməyin. Bu cinayətlərin qarşısında sakit qalmaq bəşəriyyətə zülmdür. Buna görə də Azərbaycana yaraşmayan və alçaqlıq gətirən bu vəhşi əməlin qarşısını almaq üçün xiyabanlara çıxıb etiraz etməliyik. Bu vəhşi əməli harda icra etmək istəsələr oranın yollarını kəsib, yolları bağlayıb oturmaqla bu cinayətə etirazımızı bildirib onun qarşısını alaq. Təbriz, Urmu və Azərbaycanın başqa şəhərlərində edamın ziddinə etiraz edib edam cəzasının kəsinliklə ləğv olmasını tələb edək. Hər hansı bir cürm işləmiş şəxs adil məhkəmədə mühakimə olunub, dünya standardlarına uyğun cəzalandırılmalıdır. Hər türlü edami məhkum edərək daşqalaq cəzasının dərhal dayandırılmasını istəyirik.



Bu vasitə ilə biz Güney Azərbaycan İstiqlal Partiyası bütün Azərbaycan millətindən və Azərbaycan təşkilatlarından bu insanı etiraz aksiyasına qatılmağa dəvət edirik.



Güney Azərbaycan İstiqlal Partiyası 06 oktyabr 2006.



Men Azerioglanam! Azerbaijani cox seviram! Milletime Salam gönderirem!
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden
Sortierung ndern:  
Anfang   zurück   weiter   Ende
Seite 1 von 1
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber