azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Abbas Mirza
Hyperaktiver Benutzer

Beiträge: 135


New PostErstellt: 26.02.07, 20:52     Betreff: Tehran:Auschreitungen vor der armenischen Botschaft anlässlich des Völkermordes in Chodschali

Aserbaidschanern haben eine Protestkundgebung vor der armenischen Botschaft im Iran veranstaltet. Es soll zu heftigen Ausschreitungen gekommen sein.

Wie jedes Jahr kamm es auch dieses Jahr wieder zu Auschreitungen zwischen Aserbaidschanern und Armenier im Iran. Nur diesesjahr haben wir nicht auf den 24. Mai gewartet. Die persische Polizei und die persischen Behörden haben traditionel mal wieder den Armeniern alle Freiheit und alle Art von Repressallien gegen uns geübt. doch es nutz ihnen immer Wenig. Unsere Herzen brennen nur noch heftiger die flammen schlagen über. #


BU GÜN AZƏRBAYCANLILARLA ERMƏNİLƏR ARASINDA QAN TÖKÜLƏ BİLƏR
Tehrandan son xeber:

Xocali-ildonum-Tehran

Xocalı soyqırımının 15-ci ildönümündə (2007-02-26) saat 17-də yüzlərcə Güney Azərbaycanlı, Batı Azərbaycanın (ermənistanın) Tehrandakı elçiliginin qarşısına toplandılar.

Ürəyi dərdilə dolu olan adamlar Öyrənci Parkından başlayaraq, vəhşi ermənilərin əliynən kabab olmuş Azərbaycanlı körpələrin yanıqlı səsiynən bağırırdılar.

iranın əmniyəti quvvələri, həmişəkı kimi, erməni soydaşlarından ötrü şərəf gəmirirdi.

Bu törənin sonunda Gənclik Marşı oxunandan sonra, silahlı tülkü sifətlər bir neçə əliyalın aslanı qomaralayıb yaxaladılar.

Onlardan ikisinin adı bəlləndi:

  1. Əkbər Azad

  2. Vəhid Məmmədzadə

Yaşasın Azad Azərbaycan

Ərdəbilli Mehdi Nəimi





Güneyli hərəkat fəalı Oqtay Məmmədoğlu “Yeni Müsavat”a danışdı



Bu gün yerli vaxtla saat 17:00-da İranın paytaxtı Tehran şəhərində Xocalı soyqırımına həsr olunmuş izdihamlı mitinq keçiriləcək. Bu barədə qəzetimizə Güney Azərbaycan milli hərəkatının tanınmış simalarından olan Oqtay Məmmədoğlu məlumat verdi.
Xatırladaq ki, əvvəlki saylarımızda Xocalı mitinqinin dünən keçiriləcəyi bildirilmişdi. Qəzetimizə açıqlaması zamanı Oqtay bəy dedi ki, Ermənistanın İrandakı səfirliyi qarşısında keçiriləcək aksiyada Tehran və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı gözlənilir: “Azərbaycanın hər yerindən bu aksiyaya qatılmaq istəyənlər var. Amma hakimiyyət bütün imkanlardan istifadə edərək çalışır ki, insanların Tehrana toplaşmasının qarşısını alsın. Ancaq biz hər il olduğu kimi, bu il də bütün maneələrə baxmayaraq Xocalıya həsr olunan dinc aksiyanı keçirməkdə təkidliyik”. O.Məmmədoğlu hazırda Tehranda və ümumiyyətlə, Azərbaycan vilayətlərində vəziyyətin gərgin olduğunu söylədi: “Hakimiyət bütün vasitələri işə salıb hərəkatçıları sıxır. Amma biz bu mitinqə çox adamın çıxacağına əminik”. Oqtay bəy İrandakı ermənilərin aksiyanın qarşısını almaqdan ötrü İran rəsmilərinə müraciət etdiklərini də bildirdi: “Tamamilə mümkündür ki, bu aksiya zamanı qarşıdurma baş versin. Ötən illərdə də belə hadisələr olub və qan tökülüb. Bu dəfə də ermənilər və hakimiyyət qüvvələri arasında qanlı toqquşmaların olacağı istisna olunmur. Ancaq biz sivil aksiya keçirib Xocalı soyqırımını anmaq və erməni faşizminə lənət oxumaq istəyirik”.
Cavid TURAN

Musavat
02-26-2007



____________________
Menim Anadilim ölen deyil, rus ya fars dilene dönen deyil!
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 954 von 2.080
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber