azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Suave
Ehemaliges Mitglied


New PostErstellt: 13.05.07, 16:34     Betreff: Re: falsche Identität

5 min Azərbaycan tələbəsi xaricdə təhsil alacaq
 


2015-ci
ilə kimi Azərbaycan Neft Fondunun vəsaitləri hesabına 5 min tələbə
xarici ölkələrin ən yüksək reytinqli ali təhsil məktəblərində təhsil
alacaq.

Təhsil naziri Misir Mərdanovun
sözlərinə görə, bu tələbələr sonradan ən azı 3 il Azərbaycanda
işləməklə bağlı öhdəlik götürməlidirlər. Neft gəlirlərinin hesabına
xaricə tələbələrin göndərilməsinə artıq bu ildən başlanılacaq.

Bakalavr
və magist təhsil pilləsində oxumaq üçün tələbələrin xarici ölkələrin
yüksək reytinqli ali məktəblərinə göndərilməsi prezident İlham Əliyevin
keçən ay imzaladığı dövlət proqramına əsasən həyata keçiriləcək.

Təhsil
naziri Misir Mərdanovun sözlərinə görə, proqram çərçivəsində yaxın 8 il
ərzində 5 min tələbənin xaricdə təhsil xərclərini dövlət ödəyəcək:

"Şərtimiz
ondan ibarətdir ki, tələbələr təhsillərini başa vurandan sonra ən azı 3
il Azərbaycanda hökumət və qeyri-hökumət təşkilatlarında
işləməlidirlər. Bununla bağlı xaricə göndərilən gənclərlə müqavilə
imzalanacaq. Dövləti əsasən Azərbaycanda olmayan ixtisaslar üzrə təhsil
maraqlandırır. Bunlar idarəetmə, iqtisadiyyat, informasiya
kommunikasiya texnalogiyaları sahələrində bəzi ixtisaslardı".

Bu
tələbələr Azərbaycana qayıtmaqdan imtina da edə bilərlər. Nazir dedi
ki, bu halda belələri dövlətin təhsil üçün ödədiyi vəsaiti
qaytarmalıdırlar.

Bu təhsil ilində vaxt dar
olduğundan o qədər də çox sayda tələbə bu imkandan yararlana
bilməyəcək. Amma hər halda gedənlər olacaq. Misir Mərdanov dedi ki,
tələbələrin seçimi prosesi bir neçə pillə ilə keçiriləcək və bakalavr
təhsili almağa yollananların seçimində Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası da iştirak edəcək.

Nazirlik
beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı təhsil
şuralarının bu işə cəlb edilməsini nəzərdə tutub və onlardan
tələbələrin seçimində yardım istəyir. Azərbaycandan xarici
universitetlərə tələbə göndərilməsi ilə məşğul olan "STİ Azərbaycan"
şirkətinin baş meneceri Saniyə Məmmədovanın sözlərinə görə, xaricdə öz
hesabına təhsil alan azərbaycanlı tələbələr çox olsa da, onlar arasında
universitetlərlə qəbul olub amma vəsait toplaya bilməyənlər də var:

"Azərbaycandan
yüzlərlə tələbə Amerika, Britaniya və başqa Qərb ölkələrinin reytinqli
universitetlərinə qəbulda lazımi bal toplasalar da, maddi dəstək
olmadığından bu təhsildən məhrum olurlar. Onlar bu məsələdə dövlətin
yardımına arxalanırlar. Belə tələbələr arasında əsasən iqtisadiyyatın
müxatəlif sahələrində təhsil almağa meyl edənlər çoxluq təşkil edir."

Hazırda
Azərbaycandan minə yaxın tələbə dövlət hesabına xaricdə təhsil alır.
Onların böyük əksəryyyəti Türkiyə universitetlərində oxuyur.

 
 




nach oben
Private Nachricht an dieses Mitglied senden
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 1.469 von 2.080
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber