azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Ela
Moderator

Beiträge: 607


New PostErstellt: 11.01.08, 12:57     Betreff: PKK Zəngilana köçürülür

PKK Zəngilana köçürülür

Iranın fars rejimi və Ermənistan rəhbərliyi PKK terrorçularını Zəngilanda yerləşdirirlər
Azərbaycan hakimiyyətində bu barədə məlumat olsa da, onlar Iranla münasibətlərini korlamamaq üçün buna reaksiya vermirlər
PKK Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşır. Özü də təkcə Dağlıq Qarabağda yox, işğal olunmuş digər rayonlarda PKK yaraqlıları yerləşdirilir. Və açıq hiss olunur ki, Iran və Ermənistan PKK-çıların “Qırmızı Kürdüstan” deyib iddia etdikləri rayonları terrorçuların nəzarətinə vermək niyyətindədir. Bu barədə hər iki dövlətin hakimiyyət dairələri ciddi şəkildə iş aparırlar. Ilkin olaraq isə Azərbaycanın işğal altında olan Zəngilan rayonuna PKK yaraqlıları gətirilib. Özü də yaraqlılar hansısa gizli yolla yox, Iran ərazisindən keçib gəliblər. Bu barədə məlumatı Cənubi Azərbaycanda yaşayan soydaşlarımız “Azadlıq”a zəng edərək məlumat veriblər.
Onlar Zəngilan rayonu ilə sərhəd kəndlərdə yaşadıqlarını və hər gün PKK-çıların orda məskunlaşmalarının şahidi olduqlarını bildirdilər. “Bizim gözümüz önündə fars rejimi ermənilərlə razılaşıb Zəngilana PKK-çıları köçürür. Bizdə olan məlumata görə, həmin PKK-çıları gələcəkdə Azərbaycana qarşı döyüşə hazırlayırlar” deyən Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı xəbər verdilər. Onların bildirdiyinə görə, Ermənistan gec-tez bu rayonları qaytarmaq məcburiyyətində qalacağını bilir. Bunun üçün də Iranı idarə edən fars rejimilə razılaşaraq PKK terrorçularını Zəngilana və işğal altında olan digər rayonlara köçürməyi planlaşdırırlar. Əgər, gələcəkdə Dağlıq Qarabağın müqəddəratının referendum yolu ilə müəyyənləşdirilməsi razılaşdırılaraq digər rayonların qaytarılması şərt kimi qoyulsa, Azərbaycan ciddi problemlə qarşılaşmalıdır. Yəni, ermənilər deyəcəklər ki, biz silahlı qüvvələrimizi geri çəkirik. Bu zaman PKK yaraqlıları Azərbaycana qarşı savaşa başlayaraq həmin torpaqların onlara məxsus olduqlarını bildirməlidirlər. Bununlada Azərbaycan daha bir müharibəyə sürüklənməli və torpaqlar yenə də işğalda qalmalıdır.
Fars rejimi və Ermənistan rəhbərliyi bu məqsədlə PKK-nı işğal altında olan rayonlara köçürür. Redaksiyamıza məlumat verən şəxslər onu da bildirdilər ki, Zəngilanda PKK terrorçuları üçün evlər tikilir, təlim düşərgələri salınır. Bu düşərgələrdə məşq edənlər bu gün Türkiyəyə, sabah isə Azərbaycana qarşı savaşmalıdırlar.
Qeyd edək ki, aldığımız xəbərə görə, Azərbaycanın hakimiyyət dairələri də bu barədə məlumatlıdır. Ölkənin rəhbərliyində PKK-nın Zəngilan və digər rayonlara köçürüldüyü barədə müfəssəl məlumat var. Sadəcə, Azərbaycan rəhbərliyində təmsil olunan böyük əksəriyyətin fars rejiminin nümayəndələri ilə birgə biznesi və ticarət əlaqələri olduğundan onlar buna reaksiya vermək istəmirlər. Qarşılığında Iran və Ermənistan PKK-nı işğal altında olan rayonlarda yerləşdirirlər.
Informasiya şöbəsi




____________________
You are a coward, you are a slave, you are ARMENIAN!
(by great Russian poet A.S.Pushkin)


pkk350.jpg (23 kByte, 350 x 278 Pixel)
speichern

nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden Website dieses Mitglieds aufrufen
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 554 von 2.080
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber