azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Ela
Moderator

Beiträge: 607


New PostErstellt: 05.04.08, 17:40     Betreff: Avropa Birliyi PKK-nın adını terrorçu təşkilatlar siyahısından çıxardı

Avropa Birliyi PKK-nın adını terrorçu təşkilatlar siyahısından çıxardı


Lüksemburqda yerləşən Avropa Birliyi Məhkəməsi PKK-nın AB-nin terror təşkilatları siyahısına salınması və bank hesablarının dondurulması barədə 2002-ci il mayın 2-də qəbul olunmuş qərarı ləğv edib. APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarı PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Osman Öcalanın müraciəti əsasında verib. Məhkəmə 2002-ci ildə qəbul olunmuş qərarı AB qanunlarına zidd sayıb. Maraqlıdır ki, Osman Öcalanın qaldırdığı iddia 2005-ci il fevralın 15-də rədd edilmiş və onun PKK-nı təmsil etmək səlahiyyətinin olmadığı bildirilmişdi. Ancaq bu qərardan apelyasiya verildikdən sonra işə yenidən baxılıb və 2002-ci ildə qəbul olunmuş qərar AB qanunlarına zidd sayıldığı üçün ləğv edilib.

   Qeyd edək ki, Avropa Birliyi Məhkəməsi 1958-ci ildə qurulub və qurumda hər üzv dövlətdən bir hakim, eləcə də 8 vəkil təmsil olunur. Onlar 6 il müddətinə seçilir, hər üç ildən bir məhkəmə heyətinin yarısının tərkibi yenilənir. Məhkəmə AB-yə üzv dövlətlər, üzv dövlətlərlə AB, fiziki və hüquq şəxslərlə AB arasında mübahisələri tənzimləyir. Məhkəmə AB-nin qoşulduğu beynəlxalq razılaşmalara rəy verir, üzv ölkələrin milli məhkəmələrinin AB-nin normativ-hüquqi aktlarının və AB səviyyəsində imzalanan müqavilələrin tövsif edilməsinə dair müraciətlərini cavablandırır. AB ölkələri ərazisində bu məhkəmə orqanının qərarlarının icrası məcburidir. Maastriht müqaviləsinə əsasən məhkəmənin qərarlarını icra etməyən dövlətlərin üzərinə cərimə qoyulur. Avropa Birliyi Məhkəməsinin Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi ilə hər hansı bağlılığı yoxdur

 




____________________
You are a coward, you are a slave, you are ARMENIAN!
(by great Russian poet A.S.Pushkin)
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden Website dieses Mitglieds aufrufen
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 1.540 von 2.080
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber