azeriler.de
Ein Forum für Aserbaidschaner in Deutschland und deutschsprachigen Länder.
 
Sie sind nicht eingeloggt.
LoginLogin Kostenlos anmeldenKostenlos anmelden
BeiträgeBeiträge SucheSuche HilfeHilfe StatStatistik
ChatChat VotesUmfragen FilesDateien CalendarKalender

Anfang   zurück   weiter   Ende
Autor Beitrag
Seele
Junior-Mitglied

Beiträge: 18

New PostErstellt: 23.02.08, 04:11     Betreff: Re: Azerbaycan Futbolu!!!

    Zitat: tauka
    Azerbaycanda Futbolunda "INGILAB"!!!
    İnqilabi xarakter dayışan son konfransın çıxaracağı qərarlar əslində çoxdan bəlli idi. Həm legioner limitinin artırılması, həm rüsumların azaldılması, həm Ramiz Mirzəyevin vaxtında İcraiyyə Komitəsindən (İK) kənarlaşdırılan üzvlərin geri qaytarılması və komitə üzvlərinin sayının azaldılması, həm də nizamnaməyə dəyişikliklər və s. Amma daha bu qədər də yox. AFFA yerli futbolçuları və məşqçiləri ümumiyyətlə rüsum ödəməkdən azad etdi, "Pro" və "A" kateqoriyalı əcnəbi məşqçilərin pul ödəmədən işləməsinə şərait yaratdı ki, istənilən halda, bu, futbolumuzun inkişafına səbəb olacaq məqamdı. Bütün bunlar növbədənkənar konfransın üzdə olan məqamlarıdı. Bəs bu qərarların arxasında nə dayanır? Bu "inqilab" futbolumuza hansı xeyiri verəcək?

    AFFA-nın ehtiyaclarını prezident ödəyəcək

    Futbolçu, məşqçi və texniki heyət işçilərinə görə federasiyaya ödənilən rüsumların azalacağı gözlənilən idi. Ancaq onların ümumiyyətlə rüsum ödəməkdən azad ediləcəyini heç kim gözləmirdi. Ümumiyyətlə, AFFA-nın puldan belə imtinası gözlənilən deyildi. Əməkdaşımızın apardığı təxmini hesablamalara görə (bu haqda başqa yazıda oxu), federasiya bu qərarlardan sonra nə az, nə çox, təxminən 500 min manat itirəcək. Bu rəqəm federasiyanın illik büdcəsinin müəyyən hissəsini təşkil edir. Həmin boşluğun nəyin hesabına doldurulacağıyla bağlı bir az sonra. İndi isə...



    Xatırlayırsızsa, ötən ilin sonlarında prezident İlham Əliyev futbolumuzun vəziyyətindən, futbolçularımızın səviyyəsindən danışarkən bildirmişdi ki, yaxın vaxtlarda bu sahəyə külli miqdarda yatırım qoyulacaq və bu yolla futbolumuz inkişaf edəcək. Hələ o vaxt bildirmişdik ki, prezident bu sözləri elə-belə deməyib. Futbolun səviyyəsi Əliyevi də narahat edir və bu sahənin inkişafına çalışır. Dövlət başçısının çıxışının nəticəsi özünü çox gözlətmədi. Elə bilirsiz AFFA puldan elə-belə, sadəcə, ehtiyacı olmadığı üçün imtina edib? Yox. AFFA-nın pula ehtiyacı var, özü də lazım olandan daha çox. Bu boyda federasiyanı saxlamaq zarafat deyil. Bəs onda bu pul nəyin, ya da kimin hesabına ödənəcək? Tutaq ki, bir hissəsini sponsorlar (ARDNŞ-in canı sağ olsun) və beynəlxalq qurumların ayıdığı yardımlar hesabına ödədilər. Bəs qalanı? Axı bununla iş bitmir. Deməli, AFFA-nın qalan ehtiyaclarını bundan sonra yeni prezident ödəyəcək. Burdan da belə çıxır ki, artıq yeni prezidentin kimliyi məlumdu və o kifayət qədər imkanlı şəxsdi. Ki, bu qədər vəsaiti ödəməyə razılıq verib. Ona görə də narahat olmağa dəyməz, AFFA və onun işçiləri "kasıblar ordusu"nun üzvlərinə çevrilməyəcək.

    Seçki marta qaldı

    AFFA-nın hesabat-seçki konfransı martın 12-də keçiriləcək. Amma dəqiq vaxt məlum deyil. Seçkinin tarixi FİFA və UEFA nümayəndələri ilə məsləhətləşmələrdən sonra dəqiqləşdiriləcək. Bu haqda məlumat verən konfrans nümayəndəsi Məzahir Süleymanzadə bildirir ki, bununla bağlı beynəlxalq futbol qurumlarına müraciət ediləcək: "Digər ölkələrin federasiyalarında keçirilən seçkilərdə olduğu kimi, AFFA prezidenti seçkisində də FİFA və UEFA nümayəndələri iştirak etməlidi. Bu səbəbdən nümayəndələrini nə vaxt göndərəcəklərini öyrənmək məqsədiylə ali futbol qurumlarına müraciət olunacaq. Ola bilər ki, FİFA və UEFA-dan nümayəndələrin gəlişi tarixlərində problem yaransın. Ona görə də seçki tarixini ali qurumlarla dəqiqləşdirəcəyik. İstənilən halda, hesabat-seçki konfransı martın 20-dək baş tutacaq".



    Yeri gəlmişkən, AFFA prezidentliyinə, həmçinin üzvlərinin sayı 13-dən 11-ə endirilən İcraiyyə Komitəsi (İK) üzvlüyünə namizədlər üçün yaş və yalnız federasiya üzvü olan təşkilatlarda çalışmaq məhdudiyyəti aradan qaldırılacaq.


    Daha bir diqqətçəkən məqam İK-dan kənarlaşdırılan 6 şəxsin səlahiyyətlərinin bərpa olunması oldu. Mirzəyevin vaxtında az qala xalq düşməninə çevrilən Rauf Əliyev, Əli Rəsulov, Natiq Əliyev, Hamlet İsaxanlı, İsgəndər Cavadov və Mübariz Pənahov yenidən İK-nın iclaslarında iştirak etmək hüququna yiyələndi. Hətta onlardan biri, millət vəkili olan Rauf Əliyev konfransda yuxarı başa keçirilmişdi ki, bu da "sabiqlər"ə münasibətin 180 dərəcə dəyişdiyinə işarədi.



    Əliyev dediyinə görə, onların geri qayıda bilməsi üçün nizamnaməyə dəyişiklik edilib: "AFFA-nın nizamnaməsində İK-dan kənarlaşdırılmamızı şərtləndirilən maddə ləğv edildi. Bu səbəbdən komitənin üzvlərinin səlahiyyətləri bərpa olunmuş sayılır. Konfransda İşçi Qrupunun üzvü kimi təmsil olunurdum. O ki qaldı 1-ci vitse-prezident səlahiyyətlərimin bərpa edilib-edilməməsinə, hazırda bu məsələ bir o qədər də əhəmiyyət kəsb etmir". Rauf bəy növbədənkənar konfransın şəffaf keçdiyini də bildirir: "Hətta toplantının gedişində bir fikir səsləndi ki, indiyədək belə demokratik, obyektiv konfrans keçirilməyib".



    Səlahiyyətləri bərpa olunan digər üzv - İsgəndər Cavadov da İK-ya qaytarılacağını gözləyirmiş: "Belə söz-söhbətlər əvvəlcədən vardı. Konfransda məni komitə üzvlüyünə qaytaranlara təşəkkürümü bildirirəm". Cavadov İK-nın AFFA prezidenti seçkisinədək keçiriləcək növbəti iclasına qatılacağına əmin olmadığını da deyir. Buna səbəb kimi o 2007-ci ilin iyununda AFFA üzvü olan futbol qurumlarında fəaliyyətinə Nizam-İntizam Komitəsi tərəfindən qoyulan 2 illik qadağanı göstərir: "Dəvət etsələr, İK-nın iclasına qatılacam".

    Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı : "Həmişə demişəm ki, İK nə vaxt öz işiylə məşğul olsa, o zaman futbolun inkişafına ümid etmək olar. İndi belə bir qərar veriblərsə, yalnız alqışlana bilər. İnşallah, dəvət etsələr, komitənin növbəti iclasına qatılacam".

    Məmmədov: "Yaxşı qərardı, amma..."

    Konfransın digər qərarı isə əcnəbi məşqçilərlə bağlıdı. AFFA xarici mütəxəssisləri sifariş edən klublardan 10000 manat rusum tələb etsə də, istisnalar da var. Belə ki, konfransın qərarına əsasən, məşqçilikdə ən yüksək dərəcə sayılan "Pro" və "A" kateqoriyalı mütəxəssislər ölkəmizə gələrkən federasiyaya heç bir rüsum ödəməycək. Bu yerdə ağıla gələn ilk variant "Turan"ın sabiq çalışdırıcısı Naci Şensoy olur. Türkiyənin "Pro" kateqoriyalı məşqçilərindən olan Şensoy bir vaxtlar ölkəmizdə də çalışıb və indi klublarımızdan hansısa onu geri qaytara bilər. Təbii ki, özü istəsə.

    Hazırda ölkəmizdə çalışan yeganə "Pro" kateqoriyalı məşqçi olan "İnter"in ukraynalı çalışdırıcısı Valentin Xodukin "APA-Sport"a açıqlamasında bu qərardan razı qaldığını bildirib: "Bu düzgün qərardı. Mütəxəssisləri fərqləndirmək zəruri şərtdi. İşləmək üçün oxumaq lazımdı. Bu qərardan sonra məşqçilər təhsil məsələlərinə xüsusi diqqət yetirməlidi. Azərbaycanda çalışan əcnəbi məşqçilərin pulla diplom almaq, yüksək kateqoriyaya sahib çıxmaq istəyi baş tutmayacaq. Çünki hazırda belə şeylər mümkün deyil".



    Bəs yerli məşqçilər nə düşünür, AFFA düz addım atıb? "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov bunu müsbət addım hesab etsə də, şərti də var: "Yerli məşqçilərin rüsum ödəməkdən azad edilməsini yüksək dəyərləndirirəm. AFFA-nın bu qərarı təqdirəlayiqdi. Əcnəbi məşqçilərə gəlincə, onlarla bağlı verilən qərar yaxşıdı. Amma təbii ki, ən istedadlı, bacarıqlı mütəxəssislər gələcəksə. Yaxşı olardı ki, klublarımız əsasən "Pro" lisenziyalı məşqçilərə üstünlük versin".

    Uşaq fondu yaradılsın!

    Konfransda federasiyanın hesabına premyer-liqa klubları üçün əcnəbi məşqçilərin gətirilməsi də müzakirə edilib. Düzdü, bu məsələ gündəlikdə olmasa da, hər halda, fikir mübadiləsi aparılıb və konfrans iştirakçıları dəstəkləyib. Futbolçular, məşqçilər və texniki heyət işçilərinin ödədiyi rüsumlar müzakirə edilərkən isə tövsiyyə olunub ki, burdan qazanılan pulun bir hissəsi uşaq futboluna sərf edilsin. Eyni zamanda, uşaq futbolunun inkişaf fondunun yaradılması da təklif edilib. Təklifin müəllifi, sabiq referi Tahir Süleymanovun dediyinə görə, təklif iştirakçılar tərəfindən bəyənilib: "AFFA-nın uşaq məşqçiləri gətirməsi yaxşı haldı. Bu məşqçilər ölkəmizdə futbolun inkişafına dəstək ola bilərlər. Amma üç ay böyük zaman deyil. Bundan sonra klublar özləri o məşqçiləri ölkəmizdə saxlamalıdı. Lakin bunu hamı etməyəcək. Eyni zamanda rüsumdan qazandıqları pulun bir hissəsini heç də hamı uşaq futboluna xərcləməyəcək. Həm də o məşqçilərin işləməsi üçün şərait yoxdu. Öncə infrastrukturu qurmaq lazımdı. Ona görə də təklif etdim ki, fond yaradılsın və kimin nəyə gücü çatır, o fonda köçürsün. Onda sonra isə vahid inkişaf strategiyası hazırlansın. Yalnız bu halda biz uşaq futbolunun inkişafına nail ola bilərik".



    men kimem ki:)))))
copy- paste, bunu oxumaga hövsele lazimdir)))
temaya galdigda, Azerbaycanda futbol var? temani baglayin, hormetli admin


[editiert: 23.02.08, 04:12 von Seele]
nach oben
Benutzerprofil anzeigen Private Nachricht an dieses Mitglied senden
Sortierung ändern:  
Anfang   zurück   weiter   Ende
Seite 231 von 422
Gehe zu:   
Search

powered by carookee.com - eigenes profi-forum kostenlos

Layout © Karl Tauber