Gurban Alakbarov
Dauerschreiber
Beiträge: 237
|
Erstellt: 18.02.08, 19:10 Betreff: Nəsimi və ermənilər :) |
|
|
Nəsimi (1370-1447)
Dərdmən etdin məni, ey dərdə dərman, erməni. Olmuşam eşqin yolunda bəndəfəran, erməni.
Nə pəri, nə Adəmi bu şəkl ilə mən görmədim, Cənnətdən hurimisən, yoxsa ki, rizvam, erməni?
Anca kim səy eylədim nazik camalın görməyə, Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgül ol ay üzünü kim, çeşmi-namərhəm görər, Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsiyi-Seyrəm həqüçün heç qərarım qalmadı, Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et, Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Harda bir xaç əhli varsa, namusun seyr elədim, Bulmadım mən sən-təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-məhparədən, Lütfilə söyləş əgər, ey ləli-xəndan erməni...
[editiert: 18.02.08, 20:58 von Gurban Alakbarov]
|
|